Vaxt.Az

«Girovlara işgəncə verilir»


 

Baş nazirin müavini: «Ona görə onlara görüş təyin etmirlər»

«Girovlara işgəncə verilir» Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni girovluğunda olan kəlbəcərlilərdən danışıb. AzVision.az xəbər verir ki, Ə.Həsənov ermənilərin əllərində olduğu məcburi köçkünlərə müxtəlif ləkələr yaxdıqlarını deyib.

«Deyirlər onlar diversantdırlar. Onlar öz torpaqlarına gediblər. Qınamaq olmaz. Onlar əsl vətənpərvər və gənclərimizə nümunədirlər. Əgər onlar öz kəndlərinə gediblərsə bunun harası diversantlıqdır? İndi açılmamış cinayətləri ermənilər onların üzərinə atacaqlar». 

Ə.Həsənov Azərbaycanın həmişə beynəlxalq təşkilatlara ermənilərin necə olduğunu dediklərini xatırladıb. «Niyə ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinə onlarla görüşə icazə vermirlər. Çünki onlar azərbaycanlılara işgəncələr verirlər. Ona görə onlara görüş təyin etmirlər».

Baş nazirin müavini mətbuat nümayəndələrini də ehtiyatlı olmağa çağırıb. O, qeyd edib ki, öldürülmüş şəxslə bağlı bu günün sonunda bəyanat veriləcək. «Artıq prezident girovlar məsələsini öz diqqətində saxlayır və məsələyə nəzarət edir».

 





23.07.2014    çap et  çap et