Xatırladaq ki, Rəmzi Zeynalov iyulun 4-də Sabirabadın mərkəzi bazarı yaxınlığında baş verən hadisəyə görə saxlanıb. Ona Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə xuliqanlıq ittihamı irəli sürülüb, məhkəmə isə onu 2 ay müddətinə həbs edib.
CM-nin 221.1 maddəsinə görə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.