«Ona görə də, Ermənistan tərəfinin girov götürülən azərbaycanlıların sərhədi pozması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır. Onlar haqqında belə bir ittiham irəli sürülməməlidir», deyə məqalədə bildirilir.
Qeyd edək ki, iyunun əvvəllərində erməni hərbçiləri doğma torpaqlarına gedən 3 azərbaycanlını - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu girov götürmüşdü. Qarşı tərəf Dilqəm və Şahbazın görüntülərini yaysa da, Həsən Həsənovu öldürdüklərini iddia edirlər.