O iddia edib ki, 26 nəfərdən 13-ü guya, atəşkəs rejiminin pozulması nəticəsində ölüb. Nazeli Movsesyanın məlumatına görə, 1 nəfər silahla ehtiyatsız davranmaqdan, 2 nəfər döyüş növbəsi çəkərkən, 4 nəfər yol-nəqliyyat qəzası, 3 nəfər isə sağlamlığında problem yarandığından ölüblər.
Qeyd edək ki, Ermənistan tərəfi ordusundakı problemləri ört-basdır etmək üçün ölüm hallarını gizlətməyə və ya hadisələrin baş verdiyi situasiyanın təyinatını dəyişməyə çalışır. Bəllidir ki, Ermənistan ordusunda vəziyyət gündən-günə pisləşir. Belə bir şəraitdə əsgərlərin intihar edərək özlərini öldürməsi faktı realdır. Ermənistan isə hər cəhdlə bu cür informasiyaların mətbuatda verilməsinin qarşısını almağa çalışır və qismən də buna nail olur.