Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları»nda dəyişikliklər edilib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.(APA)