Vaxt.Az
UABD-nin sülh duaları
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Odessada iftar süfrəsi açdı
İyulun 22-də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Odessa təşkilatı Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edib. Tədbirdə müxtəlif millətlərin təmsilçiləri olan 500 nəfərə yaxın insan, qadınlar uşaqlar iştirak ediblər: «İftardan öncə namaz qılınıb, ikinci vətənimiz olan Ukraynada müharibənin tezliklə bitməsi və ərazi bütövlüyünün bərpa olunması üçün dualar edilib» bu barədə UABD-nin Odessa təşkilatının sədri Anar Ağayev məlumat verir.
Tədbirdə Odessa müsəlmanları
cəmiyyətinin rəhbərlərindən Şeyx İlyas, Hacı Malik, Hacı Məhəmməd və Odessa
təşkilatının sədri Anar Ağayev çıxışlar ediblər. İftar süfrəsini mərasiminin
təşkilatçıları qonaqlara Ramazan ayının mahiyyəti ilə bağlı məlumat veriblər. Məclisdə
Ulu Tanrıdan Ukrayna torpaqlarında sülhün bərqərar olması üçün dualar edilib. UABD
üzvləri bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik ediblər.
Qeyd edək ki, azərbaycanlıların təşkil
etdiyi «İftar süfrəsi» mərasimi Odessanın 7-ci kanalında işıqlandırılıb.
25.07.2014 çap et