Vaxt.Az

Obama məhkəməyə verildi


 

ABŞ prezidenti səlahiyyət həddini aşmaqda günahlandırılır

Obama məhkəməyə verildi ABŞ Konqresinin Nümayəndələr Palatasının reqlament üzrə komitəsi gələn həftə prezident Barak Obamanın səlahiyyət həddini aşmağa görə məsuliyyətə cəlb olunması məsələsini səsverməyə çıxaracaqlar.

Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Respublikaçılar Partiyasının nümayəndəsi, komitənin rəhbəri Pit Seşns deyib: “Qanunlar-bunlar sadəcə təkliflər siyahısı deyil ki, prezident öz istədiyi kimi seçsin”.

Əgər Nümayəndələr Palatası iddianı təsdiqləyərsə, sənədin hüquqi qüvvəsinin olub-olmadığına qərar verilməsi üçün federal məhkəməyə göndəriləcək. Müsbət cavab verilərsə, tələb Obama administrasiyasına veriləcək. Bütün prosesin bir ay çəkəcəyi bildirilir.

Demokrat prezidentlə haqq-hesab çəkmək niyyətini bundan əvvəl ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri, Respublikaçılar Partiyasının üzvü Con Beyner bəyan edib. O, dövlət başçısını səlahiyyət həddini aşmaqda və dövlətin digər qanunlarını pozmaqda ittiham edib. Siyasətçi qeyd edib ki, iddia prezidenti impiçment doğru aparmaq cəhdi deyil.

Ağ evin mətbuat katibi Djoş Ernest isə bəyan edib ki, Obama qanunlara əməl edir, respublikaçılar isə prezidentin siyasəti ilə razılaşmadıqları üçün iddia ilə çıxış edirlər.

 





25.07.2014    çap et  çap et