Vaxt.Az

Əsgər yoldaşını güllələyib


 

Hadisə ehtiyatsızlıqdan baş verib

Əsgər yoldaşını güllələyib Əsgər İbrahimovun açdığı atəş nəticəsində əsgər Cəfərov həlak olub. Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu həlak olub. Hadisə Xocavənd rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib.Belə ki, gecə saat 1 radələrində döyüş postunun başçısı, müddətdən artıq hərbi xidmət keçən əsgər İbrahimov Anar Bayram oğlunun ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər Cəfərov Şamxal Vüqar oğlu həlak olub.
Güllə Cəfərovun baş və ürək nahiyəsindən dəyib. Yaralı əsgəri hospitala aparılan zaman yolda dünyasını dəyişib.
Qeyd edək ki, Müdafiə Nazirliyindən xəbəri APA-ya təsdiqləyiblər.
 





20.07.2013    çap et  çap et