Vaxt.Az

«QMİ-nin gözünü QUM tutub»


 

Deputat Şeyxin idarəsini sərt tənqid etdi

«QMİ-nin gözünü QUM tutub» «Dünyanın hər yerində Ramazan bayramı namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyula təyin olunub». Virtualaz.org saytı xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan bayramında qılınacaq bayram namazı ilə bağlı verdiyi fitvaya münasibət bildirərkən deputat Fazil Mustafa qeyd edib.

F.Mustafa öz facebook səhifəsində yazıb: «Deyəsən, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fitvası QUM saatına baxılaraq yazılıb, Şamaxı rəsədxanasının teleskoplarının da gözünü QUM tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə, gedib öz namazını İran ayətullahlarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır».

Xatırladaq ki, QMİ bu il Ramazan ayında bayram namazının iyulun 29-da qılınacağı ilə bağlı fitva verib. İran istisna olmaqla digər müsəlman ölkələrində bayram namazı iyulun 28-i qılınacaq.

 





25.07.2014    çap et  çap et