 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyində yeni təyinat həyata keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə  RYTN-ə naziri Əli Abbasova yeni müavin təyin olundu. Həmin sənədi deyilir ki,
		
		
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyində yeni təyinat həyata keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə  RYTN-ə naziri Əli Abbasova yeni müavin təyin olundu. Həmin sənədi deyilir ki, E.T.Vəlizadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elmir Tofiq oğlu Vəlizadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2014-cü il
 çap et
  çap et