Vaxt.Az

«Qızım amanatı»


 

Kəlbəcər əsirinin məktubu gəldi

«Qızım amanatı» Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İlhamə Quliyevaya yazdığı məktubun mətni açıqlanıb.

Məlumata görə, məktub bu gün - iyulun 26-da saat 17:00 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisi tərəfindən Şahbazın bacısı İlhamə Quliyevaya verilib. 

Şahbaz Quliyev məktubunda yazır:

«Mənim vəziyyətim yaxşıdır, bacı. Hamınız üçün darıxıram. Mənim qızım amanatı. Hələlik sağ olun. Öpürəm hamınızı».

Qeyd edək ki, BQXK-nin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib. 

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova adıçəkilən şəxslərin ailələrinə məktub yazdıqlarını bildirmişdi.

 





26.07.2014    çap et  çap et