Vaxt.Az

Kobzon Ukrayna vətəndaşlığından çıxarıla bilər


 

Onunla bərabər Qazmanovun Latviyaya da girişi qadağan olunub

Kobzon Ukrayna vətəndaşlığından çıxarıla bilər Dnepropetrovsk Regional İdarəsinin sədr müavini Boris Filatov təklif edib ki, Donetskin sakini İosif Kobzonu Dnepropetrovskın möhtərəm vətəndaşı rütbəsindən məhrum etsinlər.

ANS PRESS-in məlumatına görə, o, bu barədə məqalə dərc edib. Bundan əlavə olaraq xahiş edib ki, totalitar kommunist rejiminin rəhbərlərinin adını daşıyan bütün prospekt və küçələrin adı dəyişdirilsin. Yerli sakinlərə ictimai dinləmələr vasitəsilə küçələrin yeni adlarını seçməyi də təklif şəklində bildirib.

Daha əvvəl məlum olub ki, Kobzonun, Oleq Qazmanovun və Alla Perfilovanın (Valeriya) Latviyaya girişi qadağan olunan insanların «qara siyahı»sına düşüblər. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, bu qərar artistlər tərəfindən Rusiyaya və Ukraynada baş verən hadisələr haqqında dedikləri fikirlərdir.

Qeyd edək ki, sənətçilər Krımın birləşdirilməsi ilə bağlı çıxışlar ediblər.

 





28.07.2014    çap et  çap et