Məhkəmə bildirib ki, Həsən Toku bu sui-qəsd cəhdinə görə Azərbaycanda cəzasını çəkib və onun yenidən mühakimə edilməsi üçün zəruri şərtlər yoxdur.
Həsən Toku
Qeyd edək ki, Türkiyənin Ərzurum Universitetinin tələbəsi olan Həsən Toku Naxçıvan Universitetinin tələbəsi olan Aydın Qasımovla əlbir olaraq siyasi motivlərlə Heydər Əliyevi öldürməyi planlaşdırıb. Hasan Toku və 3 Azərbaycan vətəndaşı 1993-cü il, sentyabrın 30-da axşam saatlarında AzTV-nin qarajının qarşısında Heydər Əliyevi gözləyərkən polis tərəfindən yaxalanıblar. Azərbaycan məhkəməsi Hasan Tokunu 10 il həbsə məhkum edib. 8 il yarım həbs cəzası çəkdikdən sonra Heydər Əliyev onu əfv edib və H.Toku Türkiyəyə ekstradisiya olunub.
2002-ci ilin martında Türkiyəyə gedən H.Toku İstanbul aeroportunda yenidən həbs olunub. Onun barəsində «xarici ölkə başçısını öldürməyə cəhd» ittihamı ilə yeni cinayət işi qaldırılıb. Məhkəmə istintaqı dövründə o, azadlığa buraxılıb, 2009-cu ildə isə ömürlük həbs cəzasına məhkum edilib. Bu qərardan verilən şikayət əsasında 2012-ci ildə yüksək məhkəmə onun cəzasını 15 ilə endirib.
H.Toku bu qərardan Yarğıtaya şikayət verib və yüksək məhkəmə onun yenidən mühakimə edilməsinə ehtiyac olmadığını əsas gətirərək cəzanı ləğv edib.