Bunları «Amerikanın səsi»nə açıqlamasında Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus deyib. Onun sözlərinə görə, günorta saat 2:00-dan etibarən «10-FZ-120» nömrə nişanlı «Niva» avtomobilində iki nəfər onları izləsə də, bir qədər sonra bu maşın ərazidən uzaqlaşıb və onun yerinə daha iki avtomobil gəlib.
Hüquq müdafiəçisinin fikrincə, izlənilməsi Avropa Olimpiya Oyunlarını boykota çağıracaqlarını elan etmələri və kampaniyaya başlamaları ilə əlaqədardır.
Ekspertlərin fikrincə isə, bu sadəcə qarabasmadır: «Son vaxtlar Leyla Yunusun bu cür iddiaları çoxalıb. Bu da onu göstərir ki, o, sözün həqiqi mənasında «mandraj»a düşüb. Bunun başqa adı yoxdur».