Hesabatda, ölkədə dini təşkilatların üzləşdiyi maneələr arasında dini tikililərin ərsəyə gəlməsi və dini azlıqlara aid uşaqların məktəblərdə ayrı-seçkiliyə məruz qalması barədə məlumatlara yer verilib. «Ölkədə mövcud qanunlar erməni Apostol Kilsəsi üçün təmin edilən güzəştləri digər dini qruplara aid etmir», - deyə məlumatda bildirilir. Eyni zamanda qeydiyyatda olan dini qurumlar onların fəaliyyətində hüquqi maneələrin olmadığını da bildirir.
Hesabatda deyilir ki, may ayında Ermənistan parlamenti alternativ məşğulluq üzərində mülki nəzarətin yaradılması və alternativ hərbi xidmət haqqında qanuna dəyişiklikləri qəbul edib. Bu islahatlardan sonra, hökumət məcburi hərbi və ya alternativ əmək xidməti yerinə yetirmək üçün, dini zəmində xidmətdən imtina etdiyinə görə cəza çəkən «Yehova Şahidləri»nin üzvlərini azadlığa buraxıb. «Bununla yanaşı bir çox media üzvləri il ərzində dini azlıqlara qarşı qərəzli mövqe göstərib. ABŞ səfirliyinin əməkdaşları dini liderləri ilə sıx əlaqədə olub, hökumət rəsmiləri ilə görüşlər zamanı din və dinlərarası dialoq azadlığının inkişafına töhfə verməyə çalışıblar. Səfirlik dövlət və kilsə münasibətlərinin müzakirəsinə həsr olunmuş iki konfransa sponsorluq edib» - deyə, ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir. Qeyd edək ki, Ermənistan əhalisinin 98,7 faizi xristiandır. Bundan 94,7 faizi erməni Apostol kilsəsinə aid, 4 faiz isə digər xristian təriqətindən olan insanlardır. 2,3 faiz Ermənistan əhalisi digər dinlərə mənsub insanlardır. Bunlar arasında Yezidi Kürdlərə aid esidizm, yəhudi və müsəlmanlar dini azlıqlar sırasındadır. Ermənistan bundan əvvəl də erməni Apostol kilsəsinin daha üstün şərtlərlə fəaliyyətinə görə tənqid olunub. Ölkənin bəslədiyi separatrçı qüvvələr tərəfindən İşğal olunmuş Azərbaycan ərazilərində onlarla məscidlər, tarixi və dini önəm daşıyan tikililər ya yerlə yeksan olunub və ya vandalizmə məruz qalıbdır.