Əslən azərbaycanlı olan O.Babayevin xatirəsini əziz tutan dostları, həmkarları və Kremençuk sakinləri onun məzarı başına yüzlərlə əklil gətiriblər. Ukrayna Ali Radasından, Ukrayna Nazirlər Kabinetindən, Ukrayna Futbol Federasiyasından, Ukrayna Həmkarlar Federasiyasından olan rəsmi şəxslər də «Vorskla» futbol klubunun sahibi olan soydaşımızla vidalaşmağa gələnlər arasında olub. Kiyev şəhərinin meri Vladimir Kliçko isə mərasimə əklil göndərib.
O.Babayev Ukrayna Ali Radasının VI çağırış deputatı olub. O, Kremençuk şəhərinin meri postunda 2010-cu ilin noyabrından çalışırdı.