Məlumata görə, mərhumun oğlu bildirib ki, atası iyulun 28-də ABŞ-nin Corciya ştatının Stoun-Mauntin şəhərində ölüb.
«Holland» ləqəbli Teodor Van Krik «Enola Gey»in şturmanı olub. Xirosimanın bombardmanı zamanı onun 24 yaşı olub. Lakin bu yaşda o artıq 58 döyüş uçuşu edən səriştəli pilotlar sırasında idi.
Xatırladaq ki, «B-29 Enola Gey» qırıcısı 1945-ci il, avqustun 6-da Xirosimanın mərkəzinə «Körpə» adı qoyulmuş uran yüklü bomba atıb.
Bombanın tratil ekvivalenti 20 min ton təşkil edirdi. Partlayış təxminən 140 min adamın həyatına son qoyub.