***
Binəqədi Rayon Prokurorluğundan verilən xəbərə görə, rejissor barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Hadisəyə səbəb Kənan M.M-lə «Yeni ulduz « layihəsinin qalibi, müğənni Vüqar Muradov arasında yararmış mübahisə olub.
ATV kanalında yayımlanan «Ulduzların döyüşü» müsabiqəsində yarışan Vüqar Muradovun Kənan M.M-ə qalib gəlməsi rejissorun qəzəbinə səbəb olub və o, V.Muradovun ünvanına mətbuatda kəskin açıqlamalar verib.
Beləliklə, onların arasında mübahisə düşüb. Mübahisədən sonra Kənan idmançı dostları ilə birlikdə müğənnini döyüb. Bu səbəbdən də rejissor həbs olunub və barəsində cinayət işi başlanıb (publika.az).