Onun sözlərinə görə, Ukrayna ordusu separatçılarla müqayisədə daha yaxşı silahlanıb.
«Bu gün əsas məqsədimiz Ukraynanın cənub-şərqində qan tökülməsini dayandırmaqdan ibarətdir. Bunun üçün əlimizdə olan ən yaxşı «silah» Rusiyanın iqtisadiyyatına mənfi təsir etməkdir», - deyə ABŞ prezidenti bildirib.
Obama deyib ki, o, Ukrayna münaqişəsinin diplomatik həlli üçün Rusiya və ukraynalı həmkarları Vladimir Putin, Petro Poroşenko və Avropa Birliyi ölkələrinin liderləri ilə danışıqları davam etdirəcək.