Vaxt.Az

«Bakı Metropolteni» yeni binaya köçdü


 

Pərakəndə xidmətlər və idarələr bir çatı altında işləyəcək

«Bakı Metropolteni» yeni binaya köçdü «Bakı Metropoliteni» yeni inzibati binaya köçüb. Bu barədə lent.az-a Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, indiyədək Metropolitenin inzibati binası metronun «Elmlər Akademiyası» stansiyasında yerləşirdi. Bu gündən isə Metropoliten rəhbərliyi «28 May» metrostansiyasının ikinci çıxışının üstündə tikilən yeni binaya, Mikayıl Rəfili 20 ünvanına köçüb: «Bura texnoloji korpus adlanır.

Əvvəllər Metropolitenin ayrı-ayrı xidmətləri müxtəlif binalarda yerləşirdi. İndi isə bir neçə xidmət, o cümlədən dispetçer məntəqəsi, rabitə və işarəvermə idarəsi bu binada yerləşir».

 





30.07.2014    çap et  çap et