Vaxt.Az

Nazir xüsusi emalatxanalar yaradır


 

Əlillər zəruri avadanlıqlarını özləri hazırlayacaq

Nazir xüsusi emalatxanalar yaradır Əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi təmir müəssisələri yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında verilən məlumata görə, emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşa etdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanıb.

Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayılarının və s. reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmir olunması təmin ediləcək. Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.

 





31.07.2014    çap et  çap et