Türkiyə Dəyanət işləri türk islam birliyinin Həcc və ümrə üzrə məsul şəxsi Əli Özdəmir bu barədə məlumat verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu il təşkilatçılara bir sıra dəyişikliklər olması barədə məlumat verib.
«Bunlardan biri zəvvarların həkimdən xüsusi sağlamlıq kağızı almaları ilə bağlıdır. İkinci dəyişikliyə görə, Avropadan səyahətə gələnlərdən barmaq izi alınacaq. Bu həlilik tam dəqiqləşməyib. Qarşıdakı günlərdə dəqiq məlumat veriləcək».
Bu prosedur ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib.
Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq. (anspress.com)