Eyni zamanda erməni ictimaiyyəti hərbi-siyasi dairələrə yaxınlığı ilə seçilən jurnalist Eduard Abramyanın yaydığı bir məlumatdan təşvişə düşüb.
Virtualaz.org saytı erməni KİV-nə istinadən xəbər verir ki, E.Abramyan separatçı «Qarabağ özünümüdafiə ordusu»nun məruz qaldığı dəhşətli itki haqda məlumat yayıb. Erməni jurnalisti «Qarabağ ordusu»nun həmin döyüşdə 51 əsgərinin məhv edildiyini bəyan edib.
«Dünən Azərbaycan diversiya qrupunun hücumu nəticəsində Qarabağ ordusu 51 əsgərini itirdi. Daha 35 erməni hərbçisi isə yaralanıb. Ermənistan hökuməti kütləvi etiraz aksiyalarından qorxduğu üçün bu məlumatı erməni xalqından gizlədir» - deyə E.Abramyan öz Twitter səhifəsində yazıb.
Tanınmış erməni jurnalistinin bu qəfil bəyanatı erməni ictimaiyyətini şoka salıb. Ermənistanda sosial şəbəkə istifadəçiləri artıq bu məlumatı geniş şəkildə müzakirəyə çıxararaq Sərkisyan hökumətini istefaya çağırırlar.