Vaxt.Az

Azərbaycan səfirliyi Qahirədə uşaq evində iftar verib


 

Mərasimdə 70-dən artıq uşaq və tərbiyəçilər iştirak edib

Azərbaycan səfirliyi Qahirədə uşaq evində iftar verib Azərbaycanın Misirdəki səfirliyi tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq Qahirə şəhərində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş uşaq evində iftar süfrəsi təşkil olunub. Səfirlikdən verilən məlumata görə, mərasimdə uşaq evində təlim-tərbiyə alan 70-dən artıq uşaq və yeniyetmə və bu müəssisəsinin tərbiyəçiləri və müəllim kollektivi iştirak edib.
Mərasimdə çıxış edən səfir Ş.Abdullayev qarşıdan gələn Ramazan bayramı münasibətilə uşaq və yeniyetmələri təbrik edərək, uşaqlara göstərdikləri qayğı və diqqətə görə bu təlim-tərbiyə müəssisəsinin kollektivinə öz təşəkkürünü ifadə edib. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və birbaşa qayğısı sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirilən humanitar layihələrdən ətraflı danışan səfir Ş.Abdullayev bu kimi humanist məramların Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi özünə yer aldığını qeyd edərək, gələcəkdə də belə tədbirlərin təkrar olunacağını diqqətə çatdırıb.
Mərasim çərçivəsində uşaqlarla hədiyyələr verilib və xatirə şəkilləri çəkdirilib.
Müəssisənin rəhbərliyi və orada tərbiyə alan uşaq və yeniyetmələr tərəfindən müqəddəs Ramazan ayında həyata keçirilən bu xoşməramlı tədbirə görə Azərbaycan Respublikasına dərin minnətdarlıq ifadə olunub.
 





28.07.2013    çap et  çap et