Virtualaz.org saytının erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, son günlər Dağlıq Qarabağ «qüvvələri» ilə Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşib. Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərinə dalbadal həmlələr edir.
«Qarabağın mövqelərinə atıcı silahlardan və artilleriya qurğularından, minomyotlardan, zenit-raket qurğularından, termobarik qumbaralardan atəş açılır. Həmçinin sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulması halları artıb. Tərəflərin itkiləri günü-gündən artır» - deyə bəyanatda bildirilir.
Düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan tərəfini vəziyyətin sonrakı gərginləşməsinə aparıb çıxaran addımlardan çəkinməyə, təmas xəttində vəziyyətin sabitləşməsi üçün səylər göstərməyə çağırır.