Virtualaz.org saytı xəbər verir ki, konsertin təxirə salınması barədə məlumatı öz «Facebook» səhifəsində «Amburan Beach Club»un rəhbərliyi yayıb.
Xəbərdə deyilir: «Biz əsgərlərimizin şəhid olmasına görə dərindən kədərlənirik. Onların ailələrinə və yaxınlarına başsağlığı veririk. Bu faciəvi hadisələrlə bağlı «Serebro» qrupunun konsertini başqa vaxta keçiririk».
«Serebro» qrupunun üzvləri də Azərbaycan xalqına başsağlığı veriblər. Onlar bu fikirlərini İnstagram üzərindən paylaşıblar: «Biz gözəl Bakıya gəlməli idik. Amma təəssüf ki, bu bəd xəbəri eşitdik. Azərbaycan xalqını çox sevirik. Ona görə də belə hesab edirik ki, konsertimiz təxirə salınmalıdır. Konsert avqustun sonunda olacaq. Hələliksə... Hələlik ürəyimiz, qəlbimiz sizinlədir...»