Vaxt.Az

Molla halvanı gördü...


 

Rüstəm İbrahimbəyov filmlərimizin "Oskar"a namizədliyini niyə irəli sürülmür?

Molla halvanı gördü... Azərbaycan filmləri "Oskar" mükafatına namizəd ola bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Kino Akademiyasının http://dzong2.blogspot.com/ ünvanlı saytında yazılıb. Saytda yalnız 2 filmin - "Sübhün səfiri" və "Çölçü" filmlərinin adları qeyd olunub. Amerika Kino Akademiyası adıçəkilən filmləri "Oskar" mükafatına namizədliyi qeydə alınmasını istəyir və filmlərin təqdim edilməsini gözləyir.
Filmlərimizi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Milli Oskar Komitəsi avqust ayının 1-nə kimi sözügedən qüruma təqdim etməlidir. Lakin Rüstəm İbrahimbəyov prezident seçkilərində namizədliyini irəli sürdüyündən, Azərbaycan kinosunu dünya əhəmiyyətli kino mükafatına namizədliyini irəli sürülmək yadına düşmür. 
Qeyd edək ki, "Oskar"a namizəd ola biləcək bu iki filmdə texniki baxımdan Şamil Əliyevin quruluşçu rejissoru olduğu "Çölçü" film daha uyğundur. Film Mədəniyyət və Turizm Nazirliyin sifarişi ilə Azərbaycan film Kinostudiyasında çəkilib. "Çölçü"Film "Kodak" kinolentinə çəkilib. Premyerası 12 fevral 2013-cü ildə Nizami Kino Mərkəzində baş tutmuş "Çölçü" filmi bir çox festivallarda iştirak edib və mükafatlara layiq görülüb.
Film çölü özünə yurd yeri seçmiş Ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir... Kino tənqidçi Sədaqət Kamal "Çölçü" filmini belə təsvir edib: "Filmdə milli mentalitetimizin belə bir sualına cavab tapmaq problemi ilə baş-başa qoyulur tamaşaçı: "Bir şərəfsiz tərəfindən namusu tapdalanmış qadın digər biri tərəfindən saf məhəbbətlə sevilə bilərmi?".
 





28.07.2013    çap et  çap et