Virtualaz.org saytı xəbər verir ki, bu gün qondarma «DQR prezidenti» Bako Saakyan «Qarabağ müdafiə ordusunun» N saylı hərbi hissəsinin zabiti, baş leytenant Zorik Gevorqyanın ölümündən sonra təltif edilməsi barədə «fərman» verib.
«Fərman»a əsasən baş leytenant Zorik Gevorqyan son döyüşlərdə göstərdiyi «şücaətə görə» təltif edilir.
Bununla da erməni tərəfinin rəsmən açıqladığı itkilərin sayı 4-ə çatıb. Azərbaycan tərəfinin rəsmən açıqlanan itkiləri isə son üç gündə azı 16 nəfər təşkil edir.