Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə keçiriləcək hərbi toplanışın ən azı 10 gün davam edəcəyi gözlənilir.
Qanunvericiliyə uyğun olaraq keçiriləcək hərbi toplanışa istisnalar qoyulmadan həm baş redaktorlar, həm də sıravi jurnalistlər cəlb olunacaqlar.
Hərbi toplanışa çağırılanlar Azərbaycanın cəbhə xəttinə yaxın poliqonlarının birində səhra şəraitində hərbi təlimə cəlb olunacaqlar. Eyni zamanda jurnalistlər üçün bir günlük hərbi vəziyyət və səfərbərlik dövründə medianın və jurnalistlərin fəaliyyəti mövzusunda treninq keçiriləcək.