Vaxt.Az

Ermənilərin itkiləri artır


 

Əsgərlərlə dolu yük maşını partladılıb, ölənlərin sayı gizlədilir

Ermənilərin itkiləri artır Ermənilər Qarabağda artıq üçüncü gündür ki, gedən şiddətli döyüşlərdəki itkilərini israrla gizlətməyə çalışır. Cəbhə xəttindəki vəziyyəti ən müxtəlif mənbələrdən aldığı məlumatlar əsasında diqqətlə izləyən virtualaz.org saytı xatırladır ki, erməni tərəfi hələlik biri baş leytenant olmaqla cəmi üç hərbçilərinin öldüyünü təsdiq edib. Yaralıların sayının isə 4 olduğu bildirilir.

Lakin Ermənistan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi bəyanatda göstərilirdi ki, Azərbaycan ordusu Qarabağdakı erməni mövqelərini ağır artilleriyadan, zenit qurğularından, minomyotlardan və digər ağır silahlardan atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyi də ağır texnikanın və artilleriyanın Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərə girdiyini təsdiq edib.

O zaman erməni işğalçı qüvvələrinin itkilərinin son gündə cəmi bir nəfər təşkil etməsi nə dərəcədə inandırıcıdır? Belə çıxır ki, erməni ordusunun əsgərləri Hollivud filmlərində olduğu kimi tək avtomatla silahlanıb Azərbaycan ordusunun bütöv taqımını qıra bilir?

Qarabağdakı qondarma rejimin «müdafiə nazirliyi» növbəti dəfə Azərbaycan xüsusi təyinatlılarının Ağdərə istiqamətindəki hücumunun dəf edildiyi barədə açıqlama yayıb və «azərbaycanlıların döyüş meydanında atıb qaçdıqları silah-sursatın» fotolarını yayıb.

Lakin elə bu açıqlamadan bəlli olur ki, kifayət qədər şiddətli döyüş olub. Bəs onda necə ola bilər ki, avtomatik qumbaraatanların, tank əleyhinə qumbaraatanların, iriçaplı pulemyotların və minomyotların tətbiq olunduğu döyüşdə erməni qüvvələri cəmi bir zabitini itirib? Axı bu, ancaq Hollivud filmlərində ola bilər və istənilən hərb nəzəriyyəsinə ziddir.

Virtualaz.org saytı Azərbaycan Müdafiə Nazirliyindəki mənbələrdən düşmənin itkilərinin real sayı barədə məlumatlar almağa çalışır. Nazirlikdəki mənbələr düşmənin itkilərinin açıqlandığı kimi 3 nəfər deyil, qat-qat çox olduğunu tam əminliklə deyirlər, lakin hələlik detallar barədə danışmırlar.

Bununla belə nazirlikdəki mənbədən öyrənə bildik ki, əsgərlərimiz ermənilərin canlı qüvvəsini daşıyan yük maşınını tank əleyhinə qumbaraatanlarla partladıb və maşından heç kim salamat çıxmayıb.

Bəs həmin maşındakı erməni əsgərlərinin cəsədləri hanı? Ermənilər onları hansı anbarda gizlədiblər?

Azərbaycan tərəfinin düşmənin qeydə alınmış radiodanışıqları əsasında verdiyi məlumata görə, cəsədləri Qarabağdakı hospitallarda saxlamaq, itkiləri bir-bir açıqlamaq əmri verilib.

 





02.08.2014    çap et  çap et