Vaxt.Az

«20 nəfər ölüb, 26 nəfər yaralanıb»


 

Ermənistan Müdafiə Nazirliyinin etirafı yaydı, bizimkilərsə açıqlama

«20 nəfər ölüb, 26 nəfər yaralanıb» Ermənistan Müdafiə Nazirliyi cəbhədəki itkilərini etiraf edib. APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qondarma «Dağlıq Qarabağ» ordusunun 20 əsgərinin öldüyü, 26 nəfərin isə yaralandığı açıqlanıb.

***

 

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə hərbi əməliyyatların dayandırıldığını bəyan edib.

Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı cəbhədəki son vəziyyətə aydınlıq gətirərək bildirib ki, hazırda cəbhə bölgəsində vəziyyət milli ordumuz tərəfindən tam nəzarət altındadır.

Onun sözlərinə görə, düşmən son 10 gündə atəşkəsi 700 dəfə pozub: «Əməliyyatlar əsasən Ağdam, Ağdərə və Goranboy istiqamətində olub. Düşmən böyük itki versə də, bu itkilər ictimaiyyətdən gizlədilir. Vəziyyət tam nəzarətdədir».

 





02.08.2014    çap et  çap et