Məlumata görə, bu barədə ATƏT Minsk Qrupunun bəyanatında bildirilir. ATƏT-in hazırkı sədri və ATƏT Minsk Qrupunun həmsədrləri həmçinin Ermənistan-Azərbaycan sərhədində humanitar missiyanı həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilinin atəşə tutulması faktından narahatlığını ifadə edib.
Onlar mülki şəxslərə və beynəlxalq təşkilatın nümayəndələrinə qəsdən hücumunu qəti pisləyiblər və tərəflərə Cenevrə Konvensiyası üzrə öhdəliklərini xatırladıblar.
Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar: «Zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək».
Həmsədrlər həmçinin Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar. (APA)