Vaxt.Az

Generallar təcili cəbhə xəttinə getdi


 

Ordu «1 nömrəli döyüş hazırlığı» vəziyyətinə gətirilib

Generallar təcili cəbhə xəttinə getdi Azərbaycan generalları hazırda döyüş bölgəsindədir. Axar.az özəl mənbələrə istinadla xəbər verir ki, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və kəşfiyyat rəisi, general-mayor İlqar Mazanov döyüş bölgəsinə yollanıb. Hazırda onların bütün əməliyyatlara səhra qərargahından rəhbərlik etdikləri bildirilir. Bundan əlavə, Müdafiə Nazirliyinin digər yüksək rütbəli generalları da cəbhədədirlər.

Qeyd edək ki, son günlər ermənilərin cəbhədə sistemli atəşkəsi pozması və kəşfiyyat-diversiya qruplarının müntəzəm hücumu nəticəsində Azərbaycan 3 gündə 14 şəhid verib, erməni tərəfi isə 20 itki verdiklərini açıqlayıb. Ermənilərin cəbhədə aktivləşməsi avqustun 2-də ağır hərbi texnikanın cəbhəyə yeridilməsinə səbəb olub. Avqustun 2-də həmçinin hərbi helikopterlər və qırıcılar da havaya qaldırılıb. Ordumuz «1 nömrəli döyüş hazırlığı» vəziyyətinə gətirilib.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da qısamüddətli məzuniyyətini yarımçıq qoyaraq avqustun 2-də birbaşa cəbhə bölgəsinə gəlib.

 





03.08.2014    çap et  çap et