Virtualaz.org saytı xəbər verir ki, qondarma «Dağlıq Qarabağ müdafiə nazirliyi» avqustun 2-dən 3-nə keçən axşam saat 23 radələrində Azərbaycan silahlı qüvvələrinin Əsgəran istiqamətində növbəti «kəşfiyyat-diversiya həmləsi» etdiyini bildirir.
İşğalçı qüvvələrin qərargahından bildirildiyinə görə, erməni ordusu hücuma «mütəşəkkil müqavimət göstərib», hücum edənlər döyüş meydanında bir cəsəd qoyaraq geri çəkiliblər. Digər təfərrüatlar barədə məlumat verilmir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik Ağdam istiqamətində gecə döyüşləri barədə məlumat yaymayıb. Ordumuz son günlər bu istiqamətdə gedən döyüşlərdə ağır itkilər verib, erməni tərəfi itkilərindən cəmi 3-nü təsdiq edir.