Saytın təsisçisi və baş redaktoru Eynulla Fətullayev bildirib ki, hakerlər sayta səhərə yaxın hücum ediblər. Hazırda sayta nəzarətin bərpa edilməsi yönündə iş gedir.
Qeyd edək ki, haqqin.az saytı Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu son günlər baş verən qanlı döyüşlər barədə informasiyaları rusdilli auditoriyaya operativ şəkildə çatdırırdı və ermənilərin informasiya təxribatlarının qarşısını effektiv şəkildə ala bilirdi. Ermənistan-Azərbaycan münaqişəsi zonasında baş verənlər barədə rus dilində ən operativ mənbəyə çevrilmiş haqqin.az saytına giriş son günlər 120 min unikal İP-ni keçmişdi.