Nizami və güclü orduya malik olan Azərbaycan indiki situasiyada düşmənlə müqayisədə xeyli güclü görünür.
Bunun nəticəsidir ki, bu dəfə Ermənistan tərəfi diplomatik sahədə rahatsız olduğunu büruzə verir.
Hərb sahəsində özünü qalib kimi göstərməyə çalışan Ermənistan qoşunların təmas xəttində, habelə işğal olunmuş Azərbaycan ərazilərində süni şəkildə məskunlaşdırdığı erməniləri geri köçürür. Bu barədə Goranboy, Tərtər, Ağdam, Tovuz bölgəsindən məlumat almışıq.
Məlumatda qeyd edilir ki, təxminən bir həftə öncəyə qədər cəbhə bölgəsində yaşayan ermənilər indi görünmürlər. Əsasən mal-qara və əkinçiliklə məşğul olan ermənilərin köçürülmə anlarını yerli sakinlər müşahidə ediblər. Yerli sakinlər bunun səbəbinin nədən ibarət olduğunu izah etməyə çətinlik çəkiblər.
Hər halda bu, son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlıdır. Demək olar ki, ermənilərin geriyə köçürülməsi kütləvi hal alıb. Bunu Modern.az saytına atəşkəs bölgəsində hərbi xidmət keçən hərbçilərimiz də təsdiqləyib.