Vaxt.Az

«Bizə çox ağrı verir»


 

Erməni nazirdən əsgər itkisi ilə bağlı açıqlama

«Bizə çox ağrı verir» Ermənistanın baş naziri Ovik Abramyan cəbhə xəttində baş verən atışma zamanı verdikləri əsgər itkilərindən söhbət açıb. O. Abramyan jurnalistlərə açıqlamasında əsgər itkisindən çox narahat olduqlarını ifadə edib:

«Hər bir əsgər itkisi bizim ölkəmiz üçün, onların ailələri və valideynləri üçün ağır faciədir. Əsgərlərimizi itirmək bizə çox ağrı verir» - deyə erməni nazir bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın Müdafiə Nazirliyi qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat verib.

Bəyanatda son günlər cəbhə xəttində vəziyyətin kəskin gərginləşdiyi bildirilib. Ermənistan ordusundakı itki sayının 20 ölü, 26 yaralı olduğu qeyd edilib. (ANSpress)

 





03.08.2014    çap et  çap et