Vaxt.Az

Qara qutu açıldı


 

Ukraynada vurulan «Boeing»in ekipajının danışığı deşifrə edilib

Qara qutu açıldı İyulun 17-də Ukraynanın Donetsk vilayəti yaxınlığında qəzaya uğrayan MH17 reysi ilə uçan Malayziya təyyarəsinin qara qutuları ilə bağlı xəbər yayılıb. Məlumata görə, «Boeing-777» təyyarəsində danışıqların reqistratorunun deşifrə edilməsindən sonra məlum olub ki, pilotlar kabinəsində qəzadan bir neçə saniyə əvvəl hər şey qaydasında olub.

Səs reqistratorunda qeydə alınan səsin pilota aid olmadığı təsdiqlənsə də həmin vaxt ekipaj üzvlərinin qəribə heç bir şeylə rastlaşmadıqlarının aydın hiss edildiyi bildirilir.

«The Sunday Times» qəzeti hadisə yerində müşahidələr aparan ATƏT ekspertlərinə istinadən yazır ki, müşahidəçilərin qəzadan əvvəl pilotla aviadispetçerlərin danışığına dair səs yazısını Ukrayna tərəfindən ala bilib-bilmədiyi hələ məlum deyil. Ekspertlər gələn həftə təhqiqatların ilkin nəticələrini elan edəcəklərini bildiriblər.

Qeyd edək ki, Hollandiyanın Amsterdam şəhərindən Malayziyanın paytaxtı Kuala-Lumpura uçarkən naməlum şəraitdə qəzaya uğrayan və raketlə vurulduğu ehtimal edilən təyyarədə olan 295 nəfərin hamısı ölmüşdü (ANS).

 





03.08.2014    çap et  çap et