Vaxt.Az

Ərdoğan İlham Əliyevə zəng etdi


 

Ərdoğan cəbhədəki vəziyyətə görə İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Məlumatı prezidentinin mətbuat xidməti yayıb

Məlumata görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

 





03.08.2014    çap et  çap et