Vaxt.Az

İtkimiz 13 oldu


 

Yaralı əsgər hospitalda dünyasını dəğyişib

İtkimiz 13 oldu Azərbaycan Ordusunun son günlər cəbhədə verdiyi itkilərin sayı 13-ə çatıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, iyulun 31-dən avqustun 1-ə keçən gecə düşmənin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri, 1996-cı il təvəllüdlü Anar Vidadi oğlu Qarazadə hərbi hospitalda dünyasını dəyişib.

A. Qarazadə Biləsuvar rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti doğulduğu Biləsuvar rayonuna aparılıb.

Şəhid hərbiçi bu gün torpağa tapşırılacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunu xilas etmək mümkün olmayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

 





04.08.2014    çap et  çap et