Vaxt.Az

Müdafiə naziri bu dəqiqə Ağdamdadır


 

General Rəhimov da cəbhəyə gedir

Müdafiə naziri bu dəqiqə Ağdamdadır Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hazırda Ağdamdadır. Bu barədə məlumatı virtualaz.org saytının Ağdama ezam olunmuş əməkdaşı verib. Müdafiə nazirinin korteji bir neçə dəqiqə əvvəl Ağdam rayonunun Əfətli kəndi istiqamətində hərəkət edib. Zakir Həsənov Azərbaycan ordusunun cəbhə bölgəsində yerləşən mövqelərinə baş çəkəcək.

Əfətliyə gedən yollar polis əməkdaşları və nazirliyin hərbi maşınları tərəfindən nəzarətə götürülüb.

Zakir Həsənovun Tərtər rayonundakı cəbhə xəttinə də gedəcəyi gözlənilir.

Xatırladaq ki, müdafiə naziri dünən (avqustun 3-də) Goranboy rayonundakı yerləşən mövqelərimizdə olub. Ön xəttə baş çəkən nazir şəxsi heyətlə görüşüb, vəziyyətlə tanış olub.

 

***

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək.

Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Arzu Rəhimov avqustun 20-də saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar 19.08.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

 





04.08.2014    çap et  çap et