Vaxt.Az

Sığınacaqlar tikiləcək


 

Nazirlik həbsdən çıxanların cəmiyyətə adaptasiya olunmasında da maraqlıdır

Sığınacaqlar tikiləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə sığınacaq evlərinin tikintisinə başlanılıb. Bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

E.Babayev bildirib ki, ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacaq,  gözdən əlillər üçün tədris-bərpa mərkəzi, Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial adaptasiya mərkəzi tikilir. Yeni obyektlərin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacağa çətin həyat şəraitinə düşmüş uşaqlar gətiriləcək. Gələcəkdə Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyanda yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşmış reabilitasiya mərkəzləri və sosial sığınacaqların tikilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Nazirlər Kabinetinin «Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi» ilə bağlı 22 aprel, 2014-cü il tarixli, 108 nömrəli qərar var. Nazirlik bununla bağlı müvafiq təkliflər hazırlayacaq.

 





04.08.2014    çap et  çap et