«Bu gün Hospitalda onun əlixi sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmasına baxmayaraq sənin cəsarətin, ağrılara belə əyilməyən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə demən gözümün qarşısından getmir. İnanırıq ki, sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlə. İnşallah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan. Yaşar qardaşımızdan dualarınızı əskik etməyin». (anspress.com)