Vaxt.Az

«İqtidarlarını itirməkdən qorxurlar»


 

Erməni döyüşçü üsyan edir

«İqtidarlarını itirməkdən qorxurlar» Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşmuş işğalçı Ermənistanın «Arabo» batalyonunun komandiri Manvel Eqiazaryan Ermənistan mətbuatına səslənərək cəbhədə baş vermiş əsgər ölümü xəbərlərinin mətbuatda yayımlanmasını tələb edib.

Keçmiş komandir 18-20 yaşlı erməni əsgərlərin cəbhədə həlak olmasının gizlədilməsini  hakimiyyətin qorxusu ilə əlaqələndirib. Eqiazaryan son döyüşlərdə xeyli erməni əsgərin Azərbaycan ordusu tərəfindən öldürüldüyünü qeyd edib. 

«Ermənistan iqtidarının  özündə Qarabağla bağlı böyük narazılıqlar var, onlar professional hərbiçilərin əlinə silah verməyə qorxurlar. Səbəb isə iqtidarlarını itirmək qorxusudur».

 





04.08.2014    çap et  çap et