Vaxt.Az

Qapanlını tərk edən olmayıb


 

«Həyat həmişəki axarıyla davam edir»

Qapanlını tərk edən olmayıb Tərtərin Qapanlı kəndində rayon icra hakimiyyəti orqanları, hərbçilərin və kənd sakinlərinin iştirakı ilə görüş keçirilib. Kəndin əsas meydanlarından birində reallaşan tədbirdə yerli camaat hərbiçilərə və yerli strukturlara təşəkkür ifadə edib.

Son günlər sosial şəbəkələrdə, bəzi media orqanlarında Qapanlı kəndi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov bildirib ki, sakinlərin kənddən çıxması ilə bağlı yayılan informasiyalar şayiədir: «Məlum hadisələr zamanı kənd sakinləri öz evlərində, biz isə onların yanında olmuşuq. Kənddən bir ailə də olsa, çıxmayıb. Hamı əkin-biçinlə, təsərrüfat işləriylə məşğuldur. Həyat həmişəki axarıyla davam edir «.  

M. Məmmədov bildirib ki, düşmənin çoxsaylı hücumları zamanı yerli sakinlər arasında xəsarət alan, həyatını itirən olmayıb.

O,  erməni ordusunun hücumunu dəf edərkən həlak olan hərbçilərin ailələrinə Tərtər camaatı adından başsağlığı verib, yaralılara şəfa diləyib. (APA)

 





04.08.2014    çap et  çap et