Vaxt.Az

"Azəriqaz"a 3 milyon manat ziyan dəyib


 

7925 istehlakçı isə abonent bazasında qeydiyyata alınıb

"Azəriqaz"a 3 milyon manat ziyan dəyib “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönələn tədbirlər uğurla davam etdirilir. ANS PRESS ARDNŞ-ə istinadən xəbər verir ki, bu sahədə görülən işlərin nəticəsidir ki, 2013-cü ilin ilk 6 ayı ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə ümumilikdə 15 077 istehlakçıdan 6 802 əhali və 350 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub.
O vaxta qədər təbii qazdan qeydiyyatsız istifadə edən 7 925 istehlakçı isə abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş “qüsur aktları” əsasında itirilmiş təbii qazın bərpası üzrə 3 milyon 094 min 313 manat dəyərində dəymiş ziyan hesablanıb.
 





20.07.2013    çap et  çap et