Vaxt.Az

TQDK rezidenturaya qəbulun nəticələrini açıqladı


 

TQDK-nın saytından və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə ...

TQDK rezidenturaya qəbulun nəticələrini açıqladı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən etibarən 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. Nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 814 namizəddən 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 160 nəfərini oğlanlar, 417 nəfərini qızlar təşkil edir.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 11-dən 15-dək olan müddətdə müvafiq quruma:


- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;

- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

- Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

 





04.08.2014    çap et  çap et