Vaxt.Az
«Mən onu dama basdıracağam»
Şəhidin yas mərasimində icra başçısının müavini ilə molla arasında mübahisə yaranıb
Faktxeber.com xəbər verir ki, Stansiya Sumqayıt qəsəbəsində şəhid məclisində ruhani Bəhruz Əlizadə çıxış edərək, ictimaiyyətdə, marşrutlarda, telekanallarda şəhidlərlə bağlı məlumatların olmamasından nigarançılığını bildirib. Elə bu zaman Sumqayıt icra başçısının müavini Akif Quliyev ayağa qalxaraq, «a bala, a bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə lazımsa, mən sənə çatdıraram. Səni göndərərəm cəbhəyə dolğun məlumat alarsan...» - deyib.
Daha sonra ilahiyyatçı Bəhruz Əlizadə,
«baş üstə» deyərək sözünə dua ilə xitam verib. Amma iş bununla bitməyib. Belə
ki, Akif Quliyev baş vermiş hadisədən qəzəblənərək ilahiyyatçı ilə bağlı «mən
onu dama basdıracağam» deyib.
Məsələyə şəhidin atası da qarışıb və
bildirib ki, heç kim onun qonağını həbs etdirə bilməz.
Qeyd edək ki, ilahiyyatçı Bəhruz Əlizadə
ANS telekanalında, aparıcısı Elgiz olan «Adam içində» verilişinin ilahiyyatçı
ekspertidir.
04.08.2014 çap et