Vaxt.Az

Binalar dövlətə qaytarıldı


 

«Fətullahçı» iş adamları ölkədən çıxarılır

Binalar dövlətə qaytarıldı «Çağ Öyrətim İşlətmələri»nin bağlanan məktəblərinin yerləşdiyi binalar dövlətin mülkiyyətidir və dövlətin balansına qaytarılacaq. Virtualaz.org saytı xəbər verir ki, bu haqda jurnalistlərə ARDNŞ-in informasiya texnologiyaları və kadrlar üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

Onun sözlərinə görə, bu binaların çox hissəsi həmin məktəblərə icarəyə verilmişdi, Bakı Özəl Türk Litseyinin binası isə istisna idi.

«Bu litseyə gəldikdə isə onun Qafqaz Universitetinə verilməsi təklifi var. Bu məsələ barədə konkret qərar qəbul ediləcək. «Çağ Öyrətim İşlətmələri»nin bağlanan məktəblərinin binaları isə ARDNŞ-in nəzdindəki Beynəlxalq Təhsil Mərkəzinin balansındadır. Bu binaların gələcəkdə necə istifadə olunacağı məsələsinə baxılacaq» - deyə X.Məmmədov bildirib.

Xatırladaq ki, Fətullah Gülənə bağlı «Çağ Öyrətim» məktəbləri Türkiyə hökumətinin istəyi ilə bağlanıb. Türkiyədə fətullahçılara qarşı mübarizə Azərbaycana da sıçrayıb və təriqətin məktəbləri bağlanıb, «fətullahçı» iş adamlarının ölkədən çıxarılması prosesi başlayıb.

 





04.08.2014    çap et  çap et