Vaxt.Az

230 kq xarab ərzaq satışdan çıxarılıb


 

Qanun pozuntusuna yol vermiş şəxslər inzibati qaydada cərimə olunacaq

230 kq xarab ərzaq satışdan çıxarılıb Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar edilib.
ANS PRESS İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Bakının Sabunçu, Xəzər, Binəqədi, rayonunda, Gəncə, Goranboy şəhərində, Füzuli, Bərdə rayonunda fəaliyyət göstərən mağazada 230 kq-a yaxın saxlama müddəti ötən və normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunaraq, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər inzibati qaydada cərimə olunacaq.
 





23.07.2013    çap et  çap et